İlham Əliyevdən Rusiyaya jest: Nə mümkündürsə...

 01:31 11.05.2021     66

Qoşulmama Hərəkatında Rusiyanın müşahidəçi statusu mövzusuna da toxunmaq istərdim. Mənim fikrimcə, tamamilə təbii olardı ki, Rusiya bu statusu bizim sədrliyimiz dövründə alsın.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rusiya XİN başçısı Sergey Lavrovu qəbul edərkən bildirib.

“Biz də öz tərəfimizdən nə mümkündürsə edəcəyik ki, məhz belə olsun", - İ.Əliyev vurğulayıb.

Lavrov isə bildirib ki, hazırda Qoşulmama Hərəkatında sədrlik edən dövlətin başçısı kimi Rusiyanın bu qurumda müşahidəçi statusu almaq barədə sifarişini dəstəklədiyinə görə, Prezident İlham Əliyevə ayrıca minnətdarlığımı bildirmək istəyir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/557969.html