Qaxa qar yağdı

 04:30 11.05.2021     65

Yazın son ayında Qax rayonunun Sarıbaş kəndinə qar yağıb.

Publika.az xəbər verir ki, mayın 9-da axşam saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb.

Bölgədə, küləklə müşahidə olunan yağış yağıb, havanın temperaturu aşağı düşüb. Gecə saatlarında isə dağlıq ərazilərə qar yağıb.

Qar Azərbaycanın üç ən ucqar, Qax rayonunun isə ən ucqar dağ kəndi olan Sarıbaş kəndinə yağıb.

Qeyd edək ki, Sarıbaş kəndi dəniz səviyyəsindən 1 700 metr yüksəklikdə yerləşir. / "Report"


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/ekologiya2/355787.html