Ən çox transfer qiymətinə malik oyunçular - TOP-10

 19:28 11.05.2021     54

"KPMG Football Benchmark" nəşri  futbolçuların fevral ayından etibarən çıxışlarına əsasən, transfer qiymətlərini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, siyahıda 10 oyunçu yer alıb. Sıralama belədir:

1. Kilian Mbappe (PSJ) - 189 milyon avro. Əvvəlki cədvəllə müqayisədə onun dəyəri 4 milyon avro artıb
 
2. Erlinq Haaland ("Borussiya", Dortmund) - 131 milyon avro. Siyahının ən çox dəyər qazanan futbolçusu məhz Haalanddır. Onun qiyməti əvvəlki sıralamaya nisbətən 21 milyon avro artıb.

3. Harri Keyn ("Tottenhem") - 127 milyon avro. Təcrübəli oyunçu dəyərini 2 milyon avro artırsa da, 1 pillə geriləyib və 3-cü yerdədir.

4. Markus Reşford ("Mançester Yunayted") - 121 milyon avro. Qiyməti 6 milyon avro çoxalan Reşford 3 pillə irəliləyib.

5. Rahim Sterlinq ("Mançester Siti") - 119 milyon avro. Onun dəyəri 7 milyon avro ucuzlaşıb və Sterlinq 2 pillə geriləyərək 5-ci yerə düşüb.

6. Neymar (PSJ) - 116 milyon avro. Braziliyalı ulduz qiymətini 1 milyon avro artırsa da, 1 sıra geriləyib.

7. Kevin de Brüyne ("Mançester Siti") - 113 milyon avro. Belçikalı oyunçunun dəyəri 1 milyon avro ensə də, De Brüyne 1 pillə irəliləyib.

8. Ceydon Sanço ("Borussiya", Dortmund) - 110 milyon avro. Onun dəyəri 8 milyon avro düşüb.

9. Məhəmməd Salah ("Liverpul") - 110 milyon avro. Misirli futbolçunun qiyməti 5 milyon avro enib. O, 3 sıra geriləyərək 9-cu pilləyə düşüb.

10. Trent Aleksandr-Arnold ("Liverpul") - 110 milyon avro. Arnold da dəyərini itirənlər sırasındadır. Onun qiyməti 1 milyon avro düşüb və oyunçu 1 sıra geriləyib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/947365.html