"Real" Mendini itirdi

 19:27 11.05.2021     45

"Real"ın futbolçusu Ferlan Mendi zədələnib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin ayaq sümüyündə və oynaqlarında problem aşkarlanıb. Buna görə də Mendi mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək. Onun Avro-2020-də iştirakı da şübhə altındadır.

Qeyd edək ki, "Kral klubu"nun oyunçularından Serxio Ramos və Rafael Varan da zədəlidirlər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/947388.html