Google Play-də ümumi 700.000 yüklənmə sayına sahib yeni zərərli tətbiqlər aşkar edilib

 19:50 11.05.2021     42

Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android üçün nəzərdə tutulmuş Google Play Store platformasında yeni zərərli tətbiqlər aşkar ediblər. Yeni zərərli tətbiqlər McAfee Mobile Research mütəxəssisləri tərəfindən aşkar edilib və onlar barəsində məlumatlar artıq Google şirkətinə ötürülüb. Məlum olub ki, hackerlər həmin zərərli tətbiqləri fotoredaktorlar, alternativ klaviaturalar, smartfon ekranları üçün olan temalar kimi müxtəlif tətbiqlər kimi maskalayıblar.

Ümumilikdə həmin tətbiqlər 700.000 yükənmə sayına sahibdirlər. Aşkar edilmiş yeni zərərli tətbiqlərin çalışma prinsipləri çox sadədir. Belə ki, onlar SMS mesajları əldə edirlər və istifadəçinin də xəbəri olmadan onlina alış-verişi reallaşdırırlar. Hackerlər öz növbələrində sözügedən tətbiqlərin təmiz versiyalarını platformaya yerləşdirərək Google Play-in təhlükəsizlik sistemindən yan keçiblər. Tətbiqlər Google Play yoxlanışından keçəndən sonra isə hackerlər onların tərkiblərinə tədricən zərərli funksiyaları inteqrasiya ediblər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/946503.html