İsrail Qəzzanı bombalayır: 28 ölü, 152 yaralı

 20:08 11.05.2021     46

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 28 nəfərə, yaralıların sayı isə 152-yə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölənlərdən 10-nun uşaq olduğu deyilir.

Qeyd edək ki, İsrail rəhbərliyi Qəzzaya hücumların gücləndirilməsi barədə qərar verib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558121.html