Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib

 19:54 11.05.2021     41

Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına Kazanda baş verən silahlı insidentlə bağlı başsağlığı verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Kazanda məktəbdə baş vermiş silahlı insident nəticəsində matəm elan olunması ilə bağlı Rusiya Federasiyası Tatarıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Sariya Saburskayaya zəng edərək başsağlığı verib.

Telefon danışığı zamanı Ombudsman Səbinə Əliyeva hadisə nəticəsində həlak olan şagirdlərin və məktəb əməkdaşlarının ailələrinə səbir, yaralananlara isə şəfa dilədiyini bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşən 175 nömrəli məktəbdə silahlı hücum və partlayış baş verməsi nəticəsində əksəriyyəti uşaqlar olmaqla, çoxsaylı şəxslər həlak olub və xəsarət alıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/947196.html