Çində helikopter qəzasında 4 nəfər ölüb

 20:43 11.05.2021     57

Çinin Yünnan vilayətində meşə yanğınlarının söndürülməsinə cəlb olunmuş helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hadisə Dali şəhəri ərazisindəki Arhay gölündə baş verib. Helikopter yanğınsöndürmə əməliyyatı üçün göldən su götürəndə hələlik bilinməyən səbəbdən qəza olub.

Heyət üzvlərinin axtarış işlərinə 500-ə yaxın xilasedici cəlb olunub. Qəza nəticəsində helikopterin 4 heyət üzvündən ikisi yaralı vəziyyətdə tapılsa da, tibb işçilərinin səyinə baxmayaraq onları xilas etmək mümkün olmayıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/947241.html