Koronavirusla əlaqədar Özbəkistanda vəziyyət pisləşir

 20:49 11.05.2021     52

Koronavirusun Özbəkistanda artımı ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar "Uzbekistan Airways" aviasiya şirkəti Yaponiyaya reysləri dayandırıb, Hindistana olan aviareyslərin sayı azaldılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mayın 17-dək Daşkənd, Səmərqənd, Fərqanə və Urgəncdən İstanbula olar reyslər ləğv olunub. Mayın 1-dən isə Özbəkistan dünyanın 9 şəhərinə - Paris, Tokio, Roma, Milan, Banqkok, Mumbay, Amritsar, Kuala-Lumpur və Cakartaya olan aviareysləri müvəqqəti dayandırıb.

Özbəkistanın Koronavirusla bağlı Xüsusi Respublika Komissiyasının yaydığı məlumata görə, vəziyyətlə əlaqədar Səmərqənd vilayətinin məktəbləri, uşaq bağçaları, kollec və liseyləri, ali təhsil müəssisələri iki həftəlik karantinə bağlanıb.

Koronavirus aşkar edilən Daşkənd şəhərinin və vilayətin təhsil müəssisələri də iki həftə müddətinə işini dayandırıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/946485.html