Smartfonlar yuxuya təsir edə bilər

 20:55 11.05.2021     55

Həkim-somnoloq Maksim Novikov smartfonların yuxuya təsiri barədə danışıb. Onun sözlərinə görə, yatmadan bir-iki saat əvvəl cihazdan istifadə etmək məsləhət deyil, çünki smartfonlar sinir sistemini oyaq vəziyyətə gətirir. "Cihazları özünüzlə yatağa aparmaq məsləhət deyil. Bütün kənar məsələlər - televizora baxmaq, oxumaq da yataqdan kənar olmalıdır. Yataq yalnız yatmaq üçün istifadə olunmalıdır", - deyə somnoloq qeyd edib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, gecə oyanarkən telefonu götürüb vaxtı yoxlamaqda məsləhət deyil, çünki bu da sinir sistemini həyəcanlandırır və ekrandan əks olunan parlaq işıq melatonini (yuxu-oyanma dövrünü, günün və gecənin dəyişməsi ilə əlaqəli bioloji prosesləri tənzimləyən hormon) məhv edir. Mütəxəssis, eyni zamanda yuxu mərhələlərini təyin edən ağıllı cihazlardan da imtina etməyi tövsiyə edir, çünki onların etibarlılığı hələ sübut olunmayıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/946497.html