İran məhsularlığı bir neçə petaflops olan superkompüter hazırlayıb

 22:15 11.05.2021     64

İran məhsuldarlığı bir neçə petaflops (saniyədə kvadrillion əməliyyat) olan öz superkompüterini sınaqdan keçirib. Bu haqda İranın Rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cəhromi "Twitter"də öz səhifəsində məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "lazımi hesablama imkanlarını təmin etmək üçün İran gəncləri məhsuldarlığı bir neçə petaflops təşkil edən "Simurq" superkompüterini hazırlayıblar və sınaqdan keçiriblər - nazir deyib. Tezlik rəsmi təqdimatı keçiriləcək".

Quşların şahı olan simurq İran mifologiyasında fantastik varlıq hesab edilir.

İran 10 ildən çoxdur ki öz superkompüteri üzərində işləyir, hələ 2000-ci illərin əvvəllərində ilk modellər haqqında məlumat verilmişdi, ancaq məhsuldarlığı bir neçə petaflops olan superkompüter haqqında informasiya ilk dəfədir ki səslənir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/946525.html