Yeni “HP Omen 17” noutbuku “Intel Core i9-11900H” prosessoru ilə təchiz ediləcək

 22:45 11.05.2021     88

"HP" şirkəti oyun həvəskarları üçün "Omen 17" portativ kompüterinin yeni nəslini buraxmağa hazırlaşır. Noutbukun əsasını "Intel Tiger Lake" aparat platforması təşkil edəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, populyar "Geekbench" saytında noutbukun "OMEN 17-ck0xxx" adlı versiyası yer alıb. Həmçinin 4,9 giqahers takt tezlikli səkkiz hesablama nüvəsinə malik "Core i9-11900H" prosessorunun istifadə edildiyi bildirilir. Əsas takt tezliyi 2,5 giqahers səviyyəsində göstərilib.

"DDR4-3200" operativ yaddaş dəstəyi təmin olunur. Test edilən portativ kompüter 32 giqabaytlıq operativ yaddaşla təchiz edilib.

Məlumata görə, yeni noutbuk 30-cu seriyalı "NVIDIA GeForce RTX" diskret qrafik sürətləndiricisi ilə təchiz ediləcək. Diaqonal ölçüsü 17,3 düym təşkil edəcək ekranın təsvir ölçüsü və yeniləmə tezliyi qeyd olunmayıb.

Noutbuka "Windows 10 Pro" əməliyyat sistemi quraşdırılıb. Müşahidəçilərin fikrincə, qurğunun rəsmi təqdimatı bu rüb keçiriləcək.

Yeni noutbukun "PCIe" interfeysli sürətli bərkcisimli toplayıcı və "Wi-Fi 6" simsiz rabitə adapteri ilə təchiz olunacağı ehtimal edilir. Qurğu tamölçülü klaviaturaya malik olacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/946520.html