İran səfiri Azərbaycan xalqını təbrik etdi

 22:53 11.05.2021     76

Müsəlman, dost və qardaş Azərbaycan dövlətini və xalqını mübarək Ramazan (Fitr) bayramı münasibətilə təbrik edirəm.

Axar.az xəbər verir ki, bu sözlər İranın Bakıdakı səfiri Seyid Abbas Musəvinin Azərbaycan xalqına təbrikində yer alıb.

“Allahın sonsuz nemət, bərəkət və rəhmət ayı ilə vidalaşaraq, şəvval ayının daxil olması və mübarək Ramazan bayramına görə şükr edir, Allahın dərgahından bütün müsəlmanlar, xüsusilə Azərbaycan Respublikası xalqı üçün cansağlığı, sülh, əmin-amanlıq, mənfur koronavirus pandemiyasının tezliklə bitməsini arzu edir və ibadətlərin qəbul olunmasını diləyirəm”, - səfir bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/558148.html