Rusiya klubu azərbaycanlı futbolçu ilə yollarını ayırdı

 23:20 11.05.2021     69

Rusiyanın "Spartak” klubu azərbaycanlı futbolçu Ayaz Quliyevlə yollarını ayırıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Ayazla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi diqqətə çatdırılıb. Lakin paytaxt klubu hələ bu barədə rəsmi açıqlama yaymayıb.

Ayaz 2019-cu ilin yanvarından "Spartak”da çıxış edirdi. 24 yaşlı futbolçu bu mövsüm Moskva klubu ilə rəsmi oyuna çıxmayıb


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/558156.html