Tatarıstan: gimnaziya faciəsinin qurbanlarını dövlət dəfn edəcək

 23:17 11.05.2021     66

Tatarıstan hakimiyyəti Kazandakı 175 nömrəli gimnaziyada atışma nəticəsində həlak olanların yas mərasimlərinin təşkilini öz üzərinə götürəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu respublika prezidenti Rüstəm Minnixanov deyib.

Minnixanov, bütün yaralanan və xəsarət alanlara da kömək göstəriləcəyini də qeyd edib.

Respublika başçısının mətbuat xidmətindən bildirilib ki, davam edən istintaq tədbirləri səbəbindən dəfn vaxtı hələ məlum deyil.

R.Minnihanov xəstəxanadakı atışma nəticəsində yaralanan uşaqları ziyarət edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/946672.html