İsrail ordusundan açıqlama - 80 PUA zərbələr endirdi

 23:22 11.05.2021     71

İsrail 80 uçuş aparatı ilə HƏMAS-ın 150 hədəfinə eyni anda aviazərbə endirib.

Axar.az xəbər verir ki, bu sözləri İsrail ordusunun sözçüsü Yonatan Konrikus deyib.

“Uzun müddət sonra ilk dəfə HƏMAS və “İslami- Cihad” qruplaşmalarının Qəzzanın şimal hissəsindən raket buraxdığı 150-yədək mövqeyə 80 PUA ilə hücum təşkil etdik”, - deyə Konrikus bildirib.

Onun sözlərinə görə, PUA-larla yanaşı F-35-lər də əməliyyatda iştirak edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neareast/355863.html