"Mançester Siti" İngiltərə çempionu oldu

 23:55 11.05.2021     67

"Mançester Siti” 2020/21-ci illər mövsümünün Premyer Liqa çempionu olub.

Axar.az xəbər verir ki, "şəhərlilər” turnirin 36-cı turunda ən yaxın rəqibləri "Mançester Yunayted”in "Lester”ə öz meydanında 1:2 hesabıyla məğlub olmasından sonra çempionluqlarını rəsmiləşdirib. Belə ki, sona üç tur qalmış rəqiblər arasındakı xal fərqi 10-a yüksəlib.

Qeyd edək ki, Pep Qvardiolanın yetirmələri sayca beşinci dəfə bu titulu qazanıb. Bununla da, "Mançester Siti” çempionluq sayına görə "Çelsi” ilə bərabərləşib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/558160.html