Bakıda I qrup əlilin qanını tökdülər

 23:56 11.05.2021     74

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsində 1973-cü il təvəllüdlü Hacıyev Məhəmmədəli İsgəndər oğlu tanışı ilə mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı onun qarın boşluğunun ön divarında bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.(Report)


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/crime/355865.html