İsrailli nazirdən Blinkenə: Buna haqqımız var!

 00:27 12.05.2021     67

ABŞ Dövlət katibi Entoni Blinken və İsrail xarici işlər naziri Qabi Aşkenazi arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə israilli nazir Tvitter səhifəsində məlumat verib.

“Elə indicə dövlət katibi Blinkenlə danışdım. Mən onun diqqətinə çatdırdım ki, İsrailin öz suverenliyini qorumaq haqqı var və vətəndaşlarının zərər görməsinə icazə verməyəcək”, - deyə Aşkenazi bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558165.html