BMT baş katibi Moskvaya gəlir

 01:56 12.05.2021     70

BMT Baş katibi Antonio Quterreş bu gün Moskvaya səfər edəcək.

Axar.az xəbər verir ki, BMT rəhbərinin Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü planlaşdırılır.

Rəsmilərin Ukraynanın şərqindəki vəziyyət və İsrail-Fələstin münaqişəsini müzakirə edəcəyi gözlənilir.

A.Quterreş həmçinin onlayn formatda Rusiya Prezidenti Vladimir Putinlə də müzakirələr aparacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558176.html