"Formula-1"in Türkiyə mərhələsi ləğv olundu

 01:59 12.05.2021     63

“Formula-1” üzrə dünya çempionatının Türkiyə mərhələsi ləğv olunub.

Publika.az xəbər verir ki, 11-13 iyunda keçirilməsi planlaşdırılan Türkiyə koronavirus pandemiyasının yenidən sürətlə yayılması səbəbindən Türkiyənin İngiltərə hökuməti tərəfindən riskli ölkələr sırasına əlavə edilməsi səbəbindən təqvimdən çıxarılıb. Qərara əsasən, Türkiyəyə yollanacaq şəxslər geri döndükdən sonra İngiltərədə 10 günlük karantinə alınacaq.

“Formula-1”in İstanbul mərhələsinin ləğvi səbəbindən dünya çempionatı 22 yarışla yekunlaşacaq.

Qeyd edək ki, aprelin 28-də Kanada Qran-Prisini ləğv edən təşkilatçılar əvəzində İstanbul mərhələsini təqvimə əlavə etmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/355871.html