Nanə Lalə Məmmədovaya irad tutdu - Paylaşımlarınız...

 03:31 12.05.2021     53

Aparıcı Nanə Ağamalıyeva Əməkdar artist Lalə Məmmədovanın görünüşündə etdiyi dəyişikliklərə münasibət bildirib.

Publika.az xəbər verir ki, aparıcı "Günün sədası" proqramına qatılan müğənninin tanınmaz halda olduğunu deyib. Nanə ifaçının sosial şəbəkədəki fotolarını isə bəyənmədiyini söyləyib:

"Tam fərqli gördüm, çox gözəlsiz. Hədsiz dəyişmisiniz. Tanımazdım sizi. Bir şey var, şəkillərdə uğursuz görünürsünüz. Ya da uğursuz fotolar yayımlayırsınız".

L.Məmmədova aparıcının dediklərinə gülərək reaksiya verib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/magazin1/355856.html