"Qalatasaray"dan 4:1-lik qələbə, "Beşiktaş" və "Fənərbağça" məğlub oldu

 04:08 12.05.2021     54

Futbol üzrə Türkiyə çempionatında növbəti oyunlar keçirilib. Superliqanın 39-cu turunda "Qalatasaray" səfərdə "Dənizlispor"un qonağı olub.
Publika.az
xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu 4:1 hesabı ilə qalib gəlib.
"Fənərbağça" öz meydanında "Sivasspor"a 2:1 hesabı ilə uduzub. "Beşiktaş" isə “Vodafone Park” stadionunda "Fatih Karagümrük"ə 2:1 hesabı ilə məğlub olub.
Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Konyaspor" - "Trabzonspor" - 1:1;
"Alanyaspor" - "Ərzurumspor" - 2:3;
"Qaziantep" - "Rizəspor" - 4:5;
"Gənclərbirliyi" - "Göztəpə" - 5:3;
"Başakşəhər" - "Kayserispor" - 0:0;
"Kasımpaşa" - "Ankaragücü" - 3:1;
"Yeni Malatyaspor" - "Hatayspor" - 1:1:
Qeyd edək ki, hazırda Türkiyə Superliqasının turnir cədvəlində 81 xalla “Beşiktaş” liderlik edir. Onunla eyni xal toplayan “Qalatasaray” ikinci, 79 xalı olan “Fənərbağça" isə üçüncü pillədə qərarlaşıb.
Bu çempionatda son turun oyunları mayın 15-də keçiriləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/355873.html