Gürcüstanda ailələrə Ramazan sovqatı verildi - FOTO

 04:25 12.05.2021     58

Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) müqəddəs Ramazan bayramı münasibətilə bu ölkədə yaşayan soydaşlarımıza ərzaq yardımı kampaniyası təşkil edib.
Publika.az
xəbər verir ki, AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov Abildirib ki, hər il olduğu kimi, bu ildə Ramazan bayramı ərəfəsində təşkilata üzv və tərəfdaş şirkətlərin iştirakı ilə yardım kampaniyası keçirilib.
Aksiya çərçivəsində Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) vasitəçiliyi ilə Tbilisi şəhəri, Marneuli və Qardabani rayonlarında yaşayan 150-dən çox aztəminatlı azərbaycanlı ailəyə ərzaq məhsullarından ibarət qutular paylanılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/355875.html