İşğaldan azad edimiş kənddə yanğın

 05:50 12.05.2021     49

Füzuli rayonunun Araz Dilağarda kəndində ümumi sahəsi 25 m² olan tövlənin yanar konstruksiyaları və ətrafa yığılan 2 ton ot bağlamasının 500 kiloqramı yanıb.

Publika.az xəbər verir ki, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, Araz Dilağarda kəndi ötən ilin oktyabrında erməni işğalından azad edilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/355846.html