Kosaçev: Onlar Ukraynada siyasi məhbusa çevriləcək!

 08:00 12.05.2021     64

Ukrayna Ali Radasının deputatı, “Həyat naminə müxalif platforma” partiyasının rəhbəri Viktor Medvedçuk və onun tərəfdarları siyasi məhbusa çevrilə bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

“Kiyevdə siyasi opponentlərin ələ alınması prosesi davam edir. Əvvəlcə media resurslarını, daha sonra maliyyə vasitələrini ələ keçirdilər, indi isə fiziki cəhətdən məhdudlaşdırırlar. Medvedçuk və onun tərəfdarları Ukraynada siyasi məhbus olmaq şansını əldə ediblər”, - deyə Kosaçev bildirib.

Qeyd edək ki, bundan öncə Ukraynanın Baş prokuroru İrina Venediktova iki deputatın dövlətə xəyanətdə ittiham edildiyini bildirmişdi. O, ad çəkməmiş, yalnız deputatların soyadlarının baş hərflərini “M və K” deyə yazmışdı.

Daha sonra məlum olub ki, sözügedən deputatlar Viktor Medvedçuk və Taras Kozakdır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558141.html