"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu

 07:44 12.05.2021     44

"Sportinq" futbol komandası Portuqaliya futbol çempionatının 32-ci turu çərçivəsində öz meydançasında "Boavişta"nı 1:0 hesabı ilə məğlub etdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, komanda 19 ildən sonra bu qələbə ilə 2020/21 mövsümünün ölkə çempionu oldu.

Oyunda yeganə qolu 36-cı dəqiqədə Paulinyo vurub.

"Sportinq" turnir cədvəlində 82 xalla ledrdir. Ümumilikdə, komanda 19 dəfə ölkə çempionu olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/947475.html