Baydenin köməkçisi İsrail ilə Fələstin arasında sabitliyin bərpasına çağırır

 08:06 12.05.2021     51

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Salivan İsrail milli təhlükəsizlik şurasının rəhbəri Meyer Ben-Şabbat ilə telefon danışığı aparıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Sallivan söhbət əsnasında israillilərlə fələstinlilər arasında sabitliyin bərpa olunmasını arzuladığını bildirib.

Bundan əlavə, Sallivan Qəzza zolağı və Qüdsdəki vəziyyətlə əlaqədar Misir hökumətinin nümayəndələri ilə telefon danışığı aparıb. Danışıqlar zamanı tərəflər yaxın günlərdə sakitliyin bərpa olunması istiqamətində atılacaq addımları müzakirə ediblər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/947477.html