Kanada Hindistana tibbi avadanlıq göndərir

 08:17 12.05.2021     53

Kanada hökuməti Hindistana bu ölkədə koronavirus xəstəliyinin yayılması fonunda müxtəlif tibbi yardım göndərir.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo açıqlama verib.

Bildirilir ki, tibbi avadanlıqdan ibarət yardım hərbi hava qüvvələrinin iki təyyarəsi vasitəsi ilə çatdırılacaq.

"Pandemiya səbəbiylə böhran içində olan digər ölkələrə kömək etməyə davam edirik" - Trüdo deyib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/947478.html