Britaniyada koronavirusa yoluxma yenidən artdı

 08:23 12.05.2021     40

Böyük Britaniyada koronavirusa yoluxanların sayı yenidən artıb.

Publika.az xəbər verir ki, son 24 saat ərzində ölkədə koronavirusa 2 min 357 yeni yoluxma hadisəsi aşkarlanıb, 20 nəfərisəvəfat edib.

Aprel ayının əvvəllərində virusa yoluxmada azalma müşahidə olunsa da, sonradan rəqəmlərdə artım qeydə alınıb.

Ümumiyyətlə Krallıqda 4 milyondan çox adam koronavirusa yoluxub, 128 min nəfər isə həyatını itirib.

Həmçinin ölkədə koronovirus peyvəndinin 1-ci dozası 35 milyon, 2-ci dozası isə 17 milyon 850 mindən çox insana vurulub.

Mütəxəssislər koronavirusa görə tətbiq olunan karantin rejimin yumşadılmasının virusa yoluxanların sayının artmasına səbəb olduğunu açıqlayıblar.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/avropa/355879.html