Bakıda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır

 09:12 12.05.2021     46

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

1974-cü il təvəllüdlü Loğmanov Rəhman Loğman oğlu yolu keçərkən onu "VAZ 21099" markalı nəqliyyat vasitəsi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/947485.html