"Mançester Siti" yeddiqat İngiltərə çempionu oldu

 09:56 12.05.2021     50

"Mançester Siti" İngiltərə Premyer Liqasında 2020-2021 mövsümünün qalibi olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "şəhərlilər"in çempionluğu sona 3 tur qalmış rəsmiləşib. Liderin ən yaxşı izləyicisi "Mançester Yunayted"in bu gün öz meydanın "Lester"ə uduzması (1:2) çempionu bəlli edib.

Xosep Qvardiolanın komandasının 80, "qırmızı şeytanlar"ın isə 70 xalı var. Bu isə sona 3 tur qalmış "Mançester Siti"nin çempionluğunu rəsmiləşdirib.

Bu, "Mançester Siti"nin ümumilikdə 7-ci, Qvardiola ilə isə 3-cü çempionluğudur.

Xatırladaq ki, "Mançester Siti" Çempionlar Liqasının finalına yüksəlib və mayın 29-da keçiriləcək həlledici matçda "Çelsi" ilə qarşılaşacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/947500.html