Amerikalı konqresmen: Nə İsrail, nə də HƏMAS...

 10:00 12.05.2021     42

Şərqi Qüdsdə sürətlə artan gərginliyə ABŞ müdaxilə etməli və ikidövlətli həll yoluna yaxınlaşdırmaq üçün atəşkəsə vasitəçilik etməlidir.

Axar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının üzvü Camal Bouman deyib.

O, Qüds adının "sülh şəhəri" mənasını verdiyini vurğulayıb:

"Ailələrin məcburi şəkildə evlərindən çıxarılması, ibadət zamanı güc nümayiş etdirmək, müqəddəs yerləri dağıtmaq humanist addım deyil. Nə HƏMAS-ın raket hücumları, nə də İsrailin hava zərbəsi humanist addım ola bilər.

Şərqi Qüdsdə Ramazan ayında Əqsa məscidində namaz qılanlara qarşı edilən zorakılıq, Myanmadakı hərbi çevriliş, Efiopiyadakı soyqırım, Kolumbiyadakı polis zorakılığı və Çində uyğurlara edilən etnik təmizlənmə qarşısında narahatlıq keçirirəm.

Bayden rəhbərliyinə bütün dünyada yaşanan bu gərginliyi azaltmaq üçün əlindən gələni etməsi üçün çağırış edirəm", - deyə o bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558175.html