ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb

 10:32 12.05.2021     43

2021-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,74 milyon barel/sutka səviyyəsində gözlənilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir. Əvvəlki hesabatda bu göstərici 0,7 5milyon barel/sutka proqnozlaşdırılmışdı.

2021-ci ildə rüblük hasilat birinci rübdə 0,74 milyon, ikinci rübdə 0,72 milyon, üçüncü rübdə 0,73 milyon, dördüncü rübdə isə 0,77 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılır.

2022-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,79 milyon barel/sutka olacaq. Əvvəlki hesabatda 2022-ci ildə neft hasilatı üzrə proqnoz orta hesabla 0,8 milyon barel/sutka təşkil etmişdi.

Gələn il rüblük hasilat birinci rübdə 0,79 milyon, ikinci rübdə 0,8 milyon, üçüncü rübdə 0,77, dördüncü rübdə isə 0,8 milyon barel/sutka təşkil edəcək.

2020-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı sutkada orta hesabla 0,71 milyon barel, 2019-cu ildə 0,78 milyon barel təşkil edib.

EIA-nın göstəricilərinə görə, 2020-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,77, 0,7, 0,67 və 0,69 milyon barel təşkil edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/947511.html