Qadına yanlışlıqla altı doza koronavirus vaksini vuruldu

 11:02 12.05.2021     42

İtaliyada qadına yanlışlıqla altı doza koronavirus peyvəndi vurulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Toskana bölgəsində baş verib.

Bildirilir ki, "Pfizer-BioNTech" peyvəndi 23 yaşlı qadına vurulub.

Xəstəxananın sözçüsü Daniella Gianelli qadının 24 saat nəzarətdə saxlanıldığını deyib. Onun səhhətində hansısa bir dəyişiklik olmadığından evə buraxılıb.

Qeyd edilir ki, tibb işçisi peyvəndi 6 qramlıq şprisə doldurub və birdəfəyə qadına vurub, sonra isə gedib.

Faktla bağlı araşdırma başladılıb.

Həkimlər peyvənd edilən qadının immun sisteminin vəziyyətinə nəzarəti davam edəcəklər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/947513.html