Bayrağımız ABŞ-ın ən məşhur küçəsində asılacaq

 11:20 12.05.2021     48

ABŞ-ın Nyu York şəhərində 28 May - Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağı ucaldılacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, Azərbaycan bayrağı Nyu-Yorkun maliyyə mərkəzi hesab olunan və turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - “Vol Strit”də yerləşən "Boulinq Qrin" (Bowling Green”) parkında nəhəng bayraq dirəyindən asılacaq.

Nyu York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Yerdələnli deyib ki, Azərbaycan bayrağı mayın 28-dən etibarən 10 gün müddətində həmin yerdə ABŞ-ın dövlət bayrağı ilə bərabər dalğalacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/558187.html