Fələstin kəşfiyyatının zabiti öldürüldü

 11:56 12.05.2021     51

İsrail ordusu Nablus yaxınlığındakı “Zaatara” hərbi müşahidə məntəqəsində Fələstin kəşfiyyatının 1 zabitinə sui-qəsd təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə Fələstin Ümumi Kəşfiyyat Xidməti məlumat yayıb.

Sui-qəsd nəticəsində həmin zabit ölüb, hadisə yerində olan kəşfiyyat xidmətinin daha bir əməkdaşı isə yaralanıb.

Qeyd edək ki, hadisə ilə bağlı ətraflı məlumat verilməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558195.html