"Sevgili olduğumuzu gizlətməmişik"

 12:32 12.05.2021     54

Türkiyəli aktyor Kərəm Bürsin həmkarı Hande Erçel ilə sevgili olduqları barədə ilk dəfə açıqlama verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor çəkiliş meydançasında müxbirlərlə söhbət edib:

"Sevgili olduğumuzu heç vaxt gizlətməmişik. Əvvəldən çox yaxşı dost idik. İndi hər şey çox gözəldir".

Qeyd edək ki, cütlük "Sen çal kapımı" serialında sevgili obrazına həyat verir. Onlar Maldiv istirahətindən qayıdarkən hava limanında ilk dəfə əl-ələ görüntülənmişdilər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/947505.html