Ağadadaş Ağayevin xəstəxanadan GÖRÜNTÜSÜ YAYILDI: "Allaha əmanət olun..." - FOTO

 12:39 12.05.2021     40

Xalq artisti Ağadadaş Ağayev bu gün əməmliyyat olunacaq.

Publika.az xəbər verir ki, müğənni İnstaqram hesabında xəstəxanadan görüntüsünü yayımlayıb.

A.Ağayev paylaşımında əməliyyata girdiyini bildirib. "Rəbbim sizləri qorusun. Xəstələrimizə şəfa, dərdlərimizə dərman olsun. Dualarınız üçün çox minnətdaram. Allaha əmanət olun", - müğənni paylaşımında yazıb.

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Ağadadaş Ağayev İstanbulda xəstəxanaya yerləşdirilib. O, bu gün ikinci dəfə əməliyyata girəcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/magazin1/355902.html