İsrailin liman şəhəri raket atəşinə tutuldu - VİDEO

 22:36 12.05.2021     65

Qəzza zolağını idarə edən HƏMAS hərəkatının döyüş qanadı “İzzəddin əl-Qəssam Briqadası” İsrailin Aralıq dənizi sahilində yerləşən liman şəhəri Aşdoda 50 raket atdığını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Saut Al-Aqsa” radiostansiyası məlumat yayıb.

Xatırladaq ki, bu gün İsrail ordusu HƏMAS kəşfiyyatının iki əsas fiqurunun məhv edildiyi barədə xəbər yaymışdı. Öldürülənlər HƏMAS-ın hərbi kəşfiyyatının rəhbərlərindən biri və onun müavini, əks-kəşfiyyat şöbəsinin rəhbəridir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neareast/355958.html