PSJ-nin futbolçusuna 3 oyunluq cəza

 22:49 12.05.2021     59

Fransa Liqa 1-in 36-cı turunun "Renn"lə matçında (1:1) qırmızı vərəqə alan PSJ-nin futbolçusu Presnel Kimpembenin cəzası açıqlanıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, 25 yaşlı fransalı müdafiəçi üç oyunluq diskvalifikasiya olunub.

Kimpembe PSJ-nin çempionatda "Reyms"lə ev və "Brest"lə səfər matçını buraxacaq.
 
PSJ Liqa 1-də 2-ci sıradadır. Paris təmsilçisi sona iki tur qalmış lider "Lill"dən üç xal geri qalır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/947685.html