Şuşanın yeni məscidi belə olacaq - Foto

 23:25 12.05.2021     81

Bu gün Şuşada yeni məscidin təməli qoyulub.

Axar.az xəbər verir ki, şəhədə inşa ediləcək yeni məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu, 2020-ci ildə noyabrın 8-də Şuşanı işğalçılardan azad olunması və həmin tarixin Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günü olması ilə bağlıdır. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir.

Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Xatırladaq ki, məscidin daxili dizaynı ilə bağlı təkliflər hələ tam hazır deyil. Ancaq konseptual olaraq məscidin memarlığı 8 noyabr gününü əks etdirəcək.

Bir zamanlar Şuşada 17 məscid olub, lakin ermənilər onların hamısını dağıdıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/558355.html