Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST

 23:39 12.05.2021     64

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 643 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 643 091 nəfər yeni koronavirusa yoluxub, 11 726 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 159 319 384, ölənlərin isə 3 311 780 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/947691.html