Bakıda birmərtəbəli evdə yanğın olub

 23:59 12.05.2021     64

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/947696.html