HƏMAS-a qan udduran İsrail gözəlləri - FOTOlar

 00:30 13.05.2021     79

İsrail ordusunun qadın əsgərlərinin fotoları daim gündəmdə olub.

Orduda xidmət edən qadınlar müxtəlif hərbi əməliyyatlarda da iştirak edirlər.

İsraildə qadınların icbari hərbi xidməti 2 ildir. 18 yaşı tamam olmuş qadınlar təlim keçdikdən sonra hətta təhlükəli zonalara da göndərilir.

Qeyd edək ki, İsraillə Qəzza sektoruna nəzarət edən HƏMAS arasında müharibə davam edir. Son məlumatlara görə, HƏMAS İsrail ərazisinə ötən gün ərzində yüzlərlə raket atıb. İsrail ordusu da Qəzza sektorunda əsasən HƏMAS-ın hərbi qanadının liderləri, silah anbarları, qruplaşmanın qərargah binaları və s. olmaqla onlarla hədəfə zərbələr endirib. Hər iki tərəfdən ölənlərin sayı artır.

İsrail tərəfi HƏMAS-ın raket hücumları nəticəsində indiyədək cəmi 5 mülki sakinin həlak olduğunu açıqlayıb, Qəzzada isə ölənlərin sayı 35-dən yuxarıdır, yüzlərlə yaralı var.  Ölənlərin əksəriyyəti HƏMAS-ın hərbi qanadı olan "İzzədin əl-Qəssam briqadası"nın komandirləri və yaraqlılarıdır. 

Milli.Az İsrail ordusunda xidmət edən qadınların bəzilərinin fotolarını təqdim edir:

Zaur Həsənəliyev
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/947690.html