Blinkenlə Lavrov razılaşdı: Görüş bu ölkədə olacaq...

 00:52 13.05.2021     61

ABŞ Dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olacaq.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşün mayın 20-də İslandiyanın paytaxtı Reykyavikdə Arktika Şurasının toplantısı çərçivəsində baş tutacağı qeyd olunub.

Tərəflərin ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq məsələləri də müzakirə edəcəyi vurğulanıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558370.html