“Dostluq” yatağının işlənməsi Türkmənistana bu şansı qazandıracaq

 00:49 13.05.2021     55

Türkmənistan və Azərbaycanın Xəzər dənizindəki “Dostluq” yatağının işlənməsi təbii qazın qərb istiqamətində ixracına imkan verəcək.

Publika.az xəbər verir ki, bu barədə “Türkmənqaz” Dövlət Konserni sədrinin müavini Guvanç Ağacanov Aşqabadda keçirilən Beynəlxalq Neft və Qaz İnvestisiya Forumunda bildirib.

Onun sözlərinə görə, “Dostluq” yatağının kəşfiyyatı, işlənməsi və mənimsənilməsi ilə bağlı əsas məqamlar nizamlanıb.

Türkmənistandan Avropa ölkələrinə qaz ixracı Transxəzər qaz kəməri layihəsinin reallaşdırılması zamanı mümkün olacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/enerji/355968.html