Möhtəşəm tablo: Şuşadakı festivalda ən çox bunu bəyəndim...

 01:43 13.05.2021     59

Möhtəşəm bir tablo... Cıdır düzündə Xarıbülbül Festifalı yüksək səviyyədə təşkil olunub. Kompozisiyanı çox bəyəndim.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, ən çox bəyəndiyi də Azərbaycanda yaşayan bir çox xalqların dilində mahnı və rəqslərin ifası idi:

“Əsi mədəniyyət nümayişi budur. Burada həm də ermənilərə göndəriş var. Axmaq-axmaq fikirləri, ideyaları başınızdan çıxarıb qarışın insan cəmiyyətinə, silahınızı yerə qoyub hamı ilə bir yerdə insan kimi sevinməyi öyrənin. Önümüzdəki ilə Azərbaycan vətəndaşı olan ermənilərdən ibarət ansamblın bu festifalda "Nune"dən-zaddan bir şey oxuyacağı ümidi ilə... Keçmişin acılarını unudub onları da alqışlayarıq. Təki bu dövlətin bayrağı altından keçib, ona bir daha xəyanət etməsinlər. Orada hamı xoşbəxt idi. Xoşbəxtliyi ən çox üz ifadəsindən oxunanlar isə Prezident və xanımı idi. Allah bir də bu millətə Vətən torpağının itkisini yaşatmasın”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/kult/558380.html