Kalın Sallivanla danışdı: Nələr müzakirə olundu?

 01:54 13.05.2021     53

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla telefon əlaqəsi saxlayıb.

Axar.az xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər, regional məsələlər, Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Co Bayden arasında iyun ayında keçiriləcək görüşü, İsrail təhlükəsizlik qüvvələrinin Əqsada ibadət edənlərə hücumları, fələstinlilərin evlərindən qanunsuz çıxarılması və Qəzzaya hava hücumları məsələləri müzakirə edilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558383.html