Bu addımla qırmızı xəttimizi aşdılar - Mahmud Abbas

 02:06 13.05.2021     57

Qüds qırmızı xəttdir. O azad olmadığı təqdirdə sülh ola bilməz.

Axar.az xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas deyib.

"Qüds, Qəzza və Qərbi Şəriyada xalqımıza qarşı barbarca hücumu dayandırmaq üçün səylərimizi davam etdiririk. Səbir kasamız daşdı. Gedin başımızdan. Yaxamızı buraxın. Vətənimizdən çıxmayacağıq, gözünüzə tikan kimi batmağa davam edəcəyik. Qüds ərəb və İslam dünyasının olaraq qalacaq. Qüdsün çağırışı bütün dünyanı birləşdirir", - o bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558385.html